Xəbərlər

25.11.2016
“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən aktuari şəhadətnaməsi almaq üçün müraciət edən şəxslər (siyahı əlavə olunur) 25 noyabr 2016-cı il tarixində saat 10:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının binasında keçiriləcək attestasiyaya dəvət olunurlar.
09.09.2016
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baş nazirinin müavini Əli Əhmədovun iştirakı ilə icbari tibbi sıgortanın tətbiqinə dair məsələlər geniş müzakirə edilib.
08.09.2016
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib.
06.09.2016
İqtisadi durğunluq, əhalinin gəlirlərinin azalması, sığortanı pul ayrılacaq ən son ehtiyaca çevirib. Bəzi könüllü növlərdən fərqli olaraq Azərbaycanda könüllü tibbi sığorta bazarı böyüməkdə davam edir.
15.08.2016
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 203,4 milyon manatı və ya 71,2 %-i qeyri-həyat sığortasının payına düşüb.
10.08.2016
Cari ilin yanvar-iyun ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 milyon manat sığorta haqqı hesablanmışdır.
25.07.2016
Azərbaycanda 5 sığorta şirkəti bağlanacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların sağlamlaşdırılması ilə yanaşı, sığorta şirkətlərinin də sağlamlaşdırılması prosesinə başlayıb.
21.07.2016
2016-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanın 25 sığorta şirkəti tərəfindən 285,35 milyon manat sığorta haqları hesablanmışdır. Bu, 2015-ci ilin anoloji dövrü ilə müqayisədə 43 milyon manat və ya  17,7% çoxdur.
25.06.2016
23-24 iyun 2016-cı il tarixləri arasında Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu   (AİİF 2016) öz işini yekunlaşdırıb.
02.06.2016
İyunun 23-24-də Bakıda Qafqaz regionunun ən böyük sığorta tədbiri - VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) keçiriləcək.

Pages