RU EN

Yerli sığortaçılar Türkiyə təcrübəsini öyrənməyə davam edir

5.9.2023

Yerli sığortaçılar Türkiyə təcrübəsini öyrənməyə davam edir
Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və bir sıra sığorta şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyəti Türkiyənin sığorta təcrübəsini daha yaxından öyrənmək məqsədilə İstanbul şəhərində səfərdə olublar.
Səfər çərçivəsində yerli sığortaçılar zərərlərin vahid qiymətləndirilməsi istiqamətində təcrübənin öyrənilməsi üçün Türkiyənin sığorta requlyatoru olan Sığorta və Pensiya Nəzarət və Tənzimləmə Qurumunda, habelə Türkiyə Sığorta Birliyində bir sıra sığorta şirkətləri və təşkilatlarla görüşlər keçiriblər.
Qarşılıqlı kadr və təcrübə mübadiləsinə yönəlik bu kimi səmərəli səfərlərin növbəti mərhələdə də davam edəcəyi bildirilir.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025