RU EN

Aqrobiznesin İnkişafı Forumu

29.3.2024

Bu gün Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Aqrobiznesin İnkişafı Forumu” keçirilir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının dəvətli olduğu Forumun məqsədi, aqrobiznesin dayanıqlı inkişafı üçün əlverişli investisiya mühiti yaratmaqla ticarətin inkişafı və sosial məsuliyyəti balanslaşdıran, habelə, gənclərin və qadınların məşğulluğunu artıran davamlı fəaliyyətlərin həyata keçirilməsidir.
Forumda Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycan Mərkəzi Bankının sədr müavini Əliyar Məmmədyarov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və FAO-nun regional nümayəndəsinin müavini Nabil Gangi açılış nitqi ilə çıxış ediblər.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025