RU EN

ASA sığorta bazarı ilə bağlı 3 illik strategiyanı açıqladı

8.4.2021

Azərbaycan Sığortaçılar Assosiasiyası yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı hazırladığı 3 illik strategiya təsdiqlənib.

ASA-dan verilən məlumata görə, 2021-2023-cü illəri əhatə edən və yerli sığorta bazarında həllini gözləyən prioritet istiqamətlərə hədəflənən strategiya Assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib.

8 strateji hədəfdən ibarət olan strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi və s. kimi istiqamətlər yer alıb.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025