RU EN

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyəti və ASA-nın üzvü olan bir qrup sığorta şirkəti 19-20 sentyabr tarixlərində Amsterdam şəhərində keçirilən "XVI Qlobal Sağlamlıq Sığortası Konfransı"nda iştirak edirlər.

19.9.2024

"UNIGLOBAL" şirkətinin təşkilatçılığı ilə baş tutan konfransda bu il Azərbaycanla yanaşı 50-yə yaxın ölkənin sığortaçıları da təmsil olunurlar.
Konfrans çərçivəsində ən qabaqcıl tibbi sığorta yenilikləri, gələcək nəsillərə uyğunlaşma strategiyaları və texnoloji inkişafın sığorta sektoruna təsirləri aktual müzakirə mövzularıdır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının konfransda iştirakının başlıca məqsədi qlobal sağlamlıq sığortası bazarlarında qeydə alınan yenilikləri yaxından öyrənmək və bu yeniliklərin yerli bazara inteqrasiya imkanlarını müəyyən etməkdən ibarətdir.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025