RU EN

ASA-da Milli Məclisin deputatı Azər Badamovla görüş keçirilib

19-03-2024

Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta sektoru ilə parlament arasında münasibətlərin formalaşdırılması məqsədilə silsilə görüşlərini davam etdirir.
Bu məqsədlə növbəti görüş Milli Məclisin Aqrar siyasət, habelə, İctimai birliklər və dini qurumlar komitələrinin üzvü, millət vəkili Azər Badamovla keçirilib.
Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev ASA-nın fəaliyyəti, o cümlədən sığorta sektorunda aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. Yerli sığorta bazarının beynəlxalq əlaqələrinə də toxunan İcraçı direktor ASA-nın təşəbbüsü və 5 türk dövlətinin üzvlüyü ilə qurulan Türk Dünyası Sığorta Birliyi haqqında da danışıb.
Milli Məclisin Aqrar siyasət, habelə, İctimai birliklər və dini qurumlar komitələrinin üzvü, millət vəkili Azər Badamov öz çıxışında sığorta sektorunda görülən işləri, həyata keçirilən islahatları və əldə olunan nəticələri yüksək qiymətləndirib. Millət vəkili, həmçinin sığortaya inamın artırılması yönündə tədbirlərin növbəti mərhələdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Deputat Azər Badamov sığorta sektoru-parlament arasında dialoqu inkişaf etdirmək və nəticə etibarilə sektorun inkişafını stimullaşdırmaq məqsədilə Milli Məclisin iqtisadiyyatyönümlü komitələrinin üzvləri ilə sığorta bazarı iştirakçıları arasında yaxın vaxtlarda "Ümumi müzakirə" formatlı tədbirin keçirilməsini də təklif etdi.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığın növbəti mərhələdə də davam etdiriləcəyi bildirildi.

Son xəbərlər

"Türkiyə-Azərbaycan Ticarət Heyətinin İşgüzar Görüşü"nə həsr olunmuş tədbir

Bu gün Bakıda Türkiyənin Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin birgə təşkilatçılığı ilə..

02-04-2024

Aqrobiznesin İnkişafı Forumu

Bu gün Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə..

29-03-2024