RU EN

ASA ilə QHT Şurası arasında görüş keçirildi – YENİ ƏMƏKDAŞLIQ

8.2.2021

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında zoom-görüş keçirilib.

ASA-dan verilən məlumata görə, görüşdə Şuranın sədri, millət vəkili Azay Quliyev, Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev və qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Zoom-konfransda Assosiasiya haqqında məlumat verən E.Mirsalayev sığorta xidmətlərinin mövcud şəraitdə yüksək əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Şuranın sədri A.Quliyev qurumun fəaliyyətindən, dövlətin qeyri-hökümət təşkilatlarının inkişafı və layihələrin icrası üçün tətbiq etdiyi dəstək mexanizmi haqqında danışıb.

Tərəflər real zaman şərtləri çərçivəsində yerli sığorta bazarında həllini gözləyən məsələlərə və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbir və layihələrə də toxunub.

Görüşün sonunda qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı razılığa gəlinib.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025