RU EN

Azərbaycan ilə Yaponiya sığorta sahəsində əməkdaşlığa başlayır

28-01-2025

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə həyat və qeyri-həyat sığorta şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində səfərdə olublar.

Səfərin başlıca məqsədi Yaponiyanın qabaqcıl sığorta şirkətlərində tətbiq olunan innovativ texnologiyalar, rəqəmsallaşma həlləri və süni intellektin sığorta sahəsindəki tətbiqlərini öyrənməkdən ibarət olub.

Səfər çərçivəsində yerli nümayəndə heyəti “Ichinen Holdings Ltd”, “PricewaterhouseCoopers (PwC)”, “Aioi Nissay Dowa Insurance Co., Ltd”, “SOMPO Holdings Inc.”, “Dai-ichi Life Insurance Company” və “The TOA Reinsurance Company” kimi nüfuzlu şirkətlər ilə görüşlər keçirərək Yaponiyanın sığorta sahəsindəki qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, gələcək əməkdaşlıqlar üçün əhəmiyyətli müzakirələr aparıblar.

Səfər çərçivəsində, ASA-nın da üzv olduğu Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının (GFIA) İdarə Heyətinin üzvü olan Yaponiya Həyat Sığorta Şirkətləri Assosiasiyasının rəhbəri Toyonari Sasaki və Assosiasiya üzvləri ilə də işgüzar görüş keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.

Son xəbərlər

Türkiyə Respublikasının ölkəmizdəki səfiri Azərbaycan Sığortaçılar Assosiasiyası ilə görüşüb

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün ilə..

18-03-2025

Azərbaycan ilə Macarıstan sığorta sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə Macarıstan Respublikasının Azərbaycan..

07-03-2025