RU EN

ASA sığorta olimpiadası keçirdi

2.8.2021

Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün sığorta olimpiadası təşkil edilib.

Olimpiadanın başlıca məqsədi sığorta şirkətlərinin əməkdaşlarının bilik və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi, eyni zamanda sığorta şirkətlərinin əməkdaşları arasında kommunikasiya gücləndirilməsindən ibarətdir.

Məlumatda bildirilir ki, olimpiadada ümumilikdə 40 nəfər iştirak edib. Həyat və qeyri-həyat sığortası mövzularını əhatə edən olimpiada ölkədə tətbiq edilən mövcud karantin qaydalarının şərtlərinə uyğun olaraq növbəli şəkildə və sosial məsafə qorunmaqla həyata keçirilib.

Olimpiadanın yekununda isə fərqlənən iştirakçılar mükafatlandırılıblar.

Mükafatlandırılan iştirakçıların siyahısını təqdim edirik:

 

Birinci yer tutanlar:

“Atəşgah Sığorta” - Ramidə Alıyeva 

“Azərbaycan Sənaye Sığorta” - Murad Əbdül-Əlimov 

 

İkinci yer tutanlar:

“Günay Sığorta” - Turan Səfərova

“Atəşgah Sığorta” - Rüfət Mustafayev  

“Meqa Həyat Sığorta” - Süleymanova Aysel

 

Üçüncü yer tutanlar:

“Paşa Sığorta” - Orxan Məmmədov

“Qala Sığorta” - Elçin Həsənov

 

ASA-dan bildirilib ki, Assosiasiyanın strategiyasına uyğun olaraq bu kimi olimpiadalar gələcək dövrlərdə də davamlı olaraq təşkil ediləcək.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025