RU EN

Türk Dünyası Sığorta Birliyi yaradıldı

26.5.2022

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Sammitinin zirvə toplantısında təntənəli imzalanma mərasimi ilə türkdilli ölkələrin sığortaçılar birliklərindən ibarət Türk Dünyası Sığorta Birliyi yaradılıb.
ASA-dan verilən məlumata görə, Türk Dünyası Sığorta Birliyinə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın sığortaçılar assosiasiyaları üzvdür.
Məlumatda qeyd olunur ki, dünyada ilk dəfə yaradılan belə bir Birliyin başlıca məqsədi Birliyə üzv olan türkdilli ölkələrin sığorta sektorlarının inkişafında güclərin və imkanların birləşdirilməsi, üzv ölkələrin sığorta bazarları arasında kadr, təcrübə və məlumat mübadiləsinin təmin edilməsi, eyni zamanda türk dünyası sığorta sektoru üçün vahid sığorta hovuzunun yaradılması və bazarlar arasında təkrarsığorta istiqamətlərinin formalaşdırılıb inkişaf etdirilməsindən ibarətdir.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması fikri Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs nəticəsində gerçəkləşib.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025