RU EN

Ölkə səviyyəsində keçirilən sığorta maarifləndirməsi layihəsinin ilkin mərhələsi başa çatmışdır

15.2.2022

Ölkə səviyyəsində keçirilən sığorta maarifləndirməsi layihəsinin ilkin mərhələsi başa çatmışdır
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin birinci mərhələsi uğurla başa çatmışdır.
İlk mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə aparılan maarifləndirmə kampaniyasında əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin inkişaf etdirilməsi başlıca prioritet olmuşdur.
Layihə çərçivəsində radio və televiziya kanallarında 60-dan çox maarifləndirici verilişlər təşkil olunmuş, yazılı mediada isə 90-a yaxın reportaj və xəbərlər dərc olunmuşdur. Sığorta sahəsində çox sayda müxtəlif məzmunlu maarifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunmuşdur. Şəhərin mərkəzi nöqtələrində yerləşdirilən skroller, tumba, həştaq kimi çöl reklamlarından istifadə olunmuş, avtobuslarda, taksilərdə və yaşayış binalarının liftlərində reklamlar yerləşdirilmişdir.
Nəticədə əhali və biznes dairələrinə onların üzləşdiyi risklər, risklərin yarada bilələcəyi itkilərin qarşısının alınmasında sığortanın faydasına dair maarifləndirici mesajlar verilmişdir. Kommunikasiya materialları təxminən 4 milyon baxış əldə etmişdir.
Layihə çərçivəsində görülən işlər sığorta bazarının artım tempində də özünü göstərməyə başlamışdır. 2021-ci ilin yekunlarına əsasən, sığorta haqlarının həcmi əvvəlki illə müqayisədə 16% artmışdır.
Sığorta savadlılığının artırılması layihəsi bu il və növbəti ildə də davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcəkdir.
 
 

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025