RU EN

ASA xeyriyyə aksiyası keçirib

10.10.2024

 
Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq artıq dördüncü ildir ki, təşkil etdiyi xeyriyyə aksiyasını uğurla yekunlaşdırıb.
ASA-nın “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başlatdığı xeyriyyə aksiyasına yerli sığorta şirkətləri olan "A-Qroup Sığorta Şirkəti" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, “Qala Həyat” Sığorta Şirkəti ASC, “Qala Sığorta” ASC, “Meqa Həyat Sığorta” ASC, “Meqa Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC Sığorta” ASC də qoşulublar.
Xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məktəbli ləvazimatları və sifarişlə hazırlanmış məktəbli formaları aztəminatlı ailələrə, şəhid və qazi övladlarına, eyni zamanda uşaq sığınacaqlarındakı ümumilikdə 50 nəfər məktəbliyə tədarük edilib.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025