RU EN

ASA sığortaçılar üçün beynəlxalq seminar keçirdi

21.10.2021

Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi yerli sığorta bazarı iştirakçıları üçün beynəlxalq seminar təşkil edib.

ASA-dan verilən məlumata görə, “Anderaytinqdə beynəlxalq təcrübə” mövzusunda keçirilən seminar Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi və dünyaca məşhur “Willis Towers Watson” şirkəti ilə “Xəmsə” Sığorta Brokeri və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Ödənişsiz əsaslarla təşkil olunan seminarda dünya sığorta bazarının aparıcı beynəlxalq təkrarsığorta şirkətləri olan “Chubb”, “QBE” və “IGI”-nın mütəxəssislərinin “D&O”, “Kiber-sığorta”, “Məsuliyyət sığortası”, “Əmlak Sığortası” və digər aktual istiqamətlər üzrə mühazirələri dinlənilib. Seminarın səmərəliliyini artırmaq məqsədi ilə iştirakçılar praktiki məşğələlərə cəlb ediliblər.

ASA-nın məlumatına görə, sığorta sektoru üçün bu kimi aktual mövzulara həsr edilmiş beynəxalq seminar və tədbirlər növbəti mərhələdə də karantin qaydaları şərtlərinə riayət edilməklə davamlı şəkildə həyata keçiriləcək.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025