Məqalələr
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yaddaş vərəqəsi
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsini nəzərdə tutur. Zərərin əvəzinin ödənilməsi üçün, zərərvuranın avtonəqliyyat vasitəsindən istifadə ilə bağlı mülki məsuliyyətini sığortalayan sığorta şirkətinə müraciət edilməlidir. Sığorta ödənişi Sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən şəxslərə ödənilir....
  • Bonus-malus nədir?
Əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemi. Misal: Avtomobil sahibi 80 manat sığorta haqqı ödəməklə öz mülki məsuliyyətini (icbari sığorta) bir il müddətinə sığorta etdirmiş və həmin müqavilə ilində avtomobillə heç kəsə zərər vurmamışdır. Bu faktı nəzərə alan sığortaçı...
  • Təkrarsığorta nədir?
Sığortaçının sığortaladığı riskləri müqavilə əsasında tam və ya qismən digər sığortaçı (təkrarsığortaçı) ilə bölüşdürməsi və ya ona ötürməsi. Misal: Sığortaçı bir müəssisənin işçilərinin fərdi qəza sığortası üzrə sığortalanması zamanı 10 000 000 manat həcmində risk qəbul etməlidir ki, bunun müqabilində 50 000 manat sığorta haqqı hesablanır. Lakin onun ödəmə qabiliyyəti bir sığorta müqaviləsi üzrə 3 000 000 manatdan artıq riskləri öz üzərində saxlamağa imkan vermir. Buna görə də ya bu müqaviləni bağlamamalı, ya da belə hallarda risklərin idarə edilməsi üçün sığorta təcrübəsinin və qanunve...
  • Sığortanın tarixi
Venesiya, Florensiya kimi bir sıra şəhərlərdə 13-cü əsrlərdə haqq əsaslı sığorta tipli üsuldan istifadə olunurdu. O dövrlərdə risklər daha çox dənizlərdə fırtınalar, quldur gəmiləri və digər ölkələrə səyahət edən karvanların soyulması bağlı olduğu üçün ticarətin o zamanlarda yüksək inkişaf etdiyi Venesiyada tətbiq olunmasını məcburi hala gətirirdi. Dəniz ticarətinin o zamana görə güclü inkişafı səbəbi ilə gəmilərin sığorta edilməsi ilk dəfə rəsmi şəkildə Venesiyada baş vermişdi. “Sığorta” terminin özünün elə italyan sözündən gəlməsi təsadüf deyildir. Sığorta ilə bağlı ilk müqavilə...
  • Sığortada telematik
Sığortada telematik (telematic box) –Sığorta haqlarının risklərə uyğun hesablanılması, sığorta haqlarının və ödənişlərin idarə olunması baxımından önəm daşıyır. Bununla bağlı xarici təcrübədə telematik tətbiq edilir. Telematik avtomobilə yerləşdirilən xüsusi “qara” qutudur. Telematik qurğusu vasitəsi ilə sürücünün avtomobili ilə bağlı məlumatlar data şəklində yığılır. Həmçinin avtomobilə yerləşdirilən kameralar da telematikin yaddaşına yazılır. Telematik vasitəsi ilə sığorta şirkəti sürücünün təhlükəsiz idarə edib-etmədiyi ilə bağlı statistik məlumatları toplayır və bunları b...