RU EN

ASA xeyriyyə məqsədi ilə təşkil etdiyi layihənin birinci mərhələsini uğurla başa vurub.

6.9.2021

Bildiyiniz kimi, ASA BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” təşəbbüsünə qoşularaq xeyriyyə aksiyasına start verib. Layihəyə qoşulan yerli sığorta şirkətlərindən “Atəşgah Sığorta”, “Azsığorta”, “Bakı Sığorta”,  “Qala Sığorta” “Qala Həyat”, PAŞA Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri tərəfindən təhsil üçün vacib olan çox sayda məktəb ləvazimatı ASA-ya təqdim olunub.

ASA-nın “Uşaq əməyinin istismarına qarşı mübarizə” layihəsinin növbəti mərhələsində, ianə edilmiş məktəb ləzavimatları aztəminatlı ailələrin məktəbli övladlarına və kimsəsiz uşaqlara yerli sığorta icması adından hədiyyə ediləcəkdir.

Hazırda aztəminatlı ailələrin və kimsəsiz uşaqların müəyyənləşdirilməsi prosesi tərəfimizdən davam etdirilməkdədir. Bu istiqamətdə səhifəmizin izləyicilərinin tövsiyələri də bizim üçün çox dəyərlidir.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025