3.5.2023
İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı" mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, KOBİA-nın sədri Orxan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, ASK-nın prezidenti Məmməd Musayev konfransın rəsmi qonaqları sırasında yer alıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyindən ibarət nümayəndə heyəti və bir sıra sığorta şirkətinin sədrləri də konfransda iştirak etmişdir.
Konfransda ölkəmizdə sahibkarlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı çıxışlar dinlənilmişdir.
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...
10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...