RU EN

ASA sığorta vasitəçilərinin lisenziya imtahanına hazırlıq kursu elan edir

18.4.2022

ASA Tədris Mərkəzi tərəfindən təşkil olunmuş, “Siğorta vasitəçilərinin (agent və broker) lisenziya imtahanına Hazırlıq kursu”na iştirakçıların qeydiyyatt başlandı.

Sığorta sahəsində peşəkar biliklərə yiyələnmək istəyən hər bir şəxs bu kursun iştirakçısı ola bilər.

Kursun aparıcısı sığorta sektorunda 30-illik təcrübəyə malik olan təlimçi-ekspert Şükür Hüseynov olacaq. 

Kursun ümumi müddət:

  • Fiziki şəxs sığorta vasitəçiləri üçün (agent və broker)   - 20 saat (10 dərs, hər biri 2 saat olmaqla)
  • Hüquqi şəxs sığorta vasitəçiləri üçün (agent və broker)  - 24 saat (12 dərs, hər biri 2 saat olmaqla)

Kurs 25 aprel tarixində başlayaraq həftənin 1-ci, 3-cü və 5-ci günləri 18:30-dan - 20:30-dək olacaqdır.

Hazırlıq kursunda iştirakın dəyəri:

  • Fiziki şəxs sığorta vasitəçiləri üçün (agent və broker)   - 400 AZN (bütün vergilər daxil olmaqla)
  • Hüquqi şəxs sığorta vasitəçiləri üçün (agent və broker)  - 450 AZN (bütün vergilər daxil olmaqla)

Kursun sonunda iştirakçılara Fəxri Fərman təqdim olunacaq.

Müraciət üçün son tarix: 21.04.2022

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025