RU EN

Türkiyənin İstanbul şəhərində "III Beynəlxalq Sığorta Zirvəsi" keçirilir.

1.10.2024

Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin başçılıq etdiyi nümayəndə heyəti və yerli sığorta şirkətlərinin təmsilçilərindən ibarət bir qrup nümayəndə zirvə konfransında iştirak edirlər.
Türkiyə Sığorta Birliyinin sədri Uğur Gülən, Türkiyə Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun sədri Davut Menteş tədbirdə açılış nitqləri ilə çıxış ediblər.
Qeyd edək ki, bu gündən Türkiyədə sayca 13-cü "Sığorta Həftəsi"nə start verilib. Həftə çərçivəsində İstanbulda "III Beynəlxalq Sığorta Zirvəsi", Antalya şəhərində isə "III Beynəlxalq Sığorta Konqresi və Sərgisi"nin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür...

10.5.2025