RU EN

Azərbaycanda sığorta sektorunun inkişafına həsr olunmuş tədbir keçirilib.

27-09-2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində yerli sığorta sektorunun inkişafı məqsədilə tədbir keçirilib.
ASA-dan verilən məlumata görə, beynəlxalq mütəxəssislərin də iştirak etdiyi tədbir “Sığortada İnstitusional Mükəmməllik: Perspektivlər, Çağırışlar və İmkanlar” mövzusuna həsr olunub.
PwC, KPMG, SEDDK və AMBEST kimi xarici təşkilatların iştirak etdiyi tədbirdə “Solvency II”, “IFRS 17”, sığorta sektorunda inkişafın davamlılığı, risklərin idarə edilməsi, sığortada informasiya təhlükəsizliyi, katastrofik risklərin tənzimlənməsi və s. kimi aktual mövzular başlıca müzakirə istiqamətləri olub.
Tədbirdə çıxış edərək öz təcrübələrini bölüşən xarici ölkələrin sığorta mütəxəssisləri respublikamızda sığorta sənayesinin hazırkı inkişaf dinamikasını, habelə aparılan sektorial islahatları müsbət qiymətləndiriblər.
Qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inkişaf strategiyasına uyğun olaraq, yerli sığorta şirkətlərinin beynəlxalq trend və tendensiyalara əsaslanaraq dayanıqlı inkişafının təmin olunması məqsədilə təşkil olunub.

Son xəbərlər

Elmar Mirsalayev: “2023-cü il sığorta sektoruna yeni imkanlar qazandıracaq”

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin müsahibəsini təqdim..

07-12-2022

Azər Əliyev: "Bu Fərman uğurlu iqtisadi islahatların məqsədyönlü davamıdır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixdə "Dövlət icbari şəxsi sığortası..

21-05-2021