Missiyamız
ASA-nın missiyası sığorta sektorunun inkişafını və dayanıqlığını təmin etmək üçün intellektual liderlik göstərmək, sığortaçılar arasında münasibətlərdə tənzimləyici standartlar yaratmaq, maliyyə savadlılığını artırmaq və sektor üzrə kadr potensialının inkişafını dəstəkləməkdir.
• İntellektual liderlik: sığorta sektoruna aid qanunvericiliyin təkmilləşdirilməsində və yeni layihələrin hazırlanması prosesində aktiv rol almaq; Sektorun ehtiyaclarına uyğun, innovativ və effektiv tənzimləmələr təklif etmək.
• Tənzimləyici funksiya: Sektorda sığortaçılar arasında etik və peşə standartlarının qorunması məqsədilə vahid “Davranış Kodeksi” (Code of Conduct) yaratmaq və bu qaydaların tətbiqini təmin etmək; Üzvlər arasında haqsız rəqabətin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək.
• Təmsilçilik: Sığorta sektorunun maraqlarını qorumaq və inkişaf etdirmək məqsədilə yerli və beynəlxalq səviyyədə təmsilçilik fəaliyyəti həyata keçirmək; Müvafiq yerli və xarici təşkilatlarla üzv olmaq və nümayəndələr göndərmək üçün lazımi təşəbbüslər irəli sürmək.
• Maliyyə savadlılığı: Cəmiyyətdə sığorta məlumatlılığını artırmaq, sığorta mexanizminin mahiyyətini geniş kütlələrə çatdırmaq və maliyyə savadlılığını təşviq etmək; Seminarlar və konfranslar təşkil etmək, kitablar, jurnallar və broşürlər nəşr etmək.
• Kadr hazırlığı: Sektordakı işçi qüvvəsinin səriştələrini artırmaq və sektorun ehtiyac duyduğu ixtisaslı kadrların yetişdirilməsinə kömək etmək; Sektor üçün peşə standartları müəyyən edərək davamlı təhsil və inkişaf proqramları təşkil etmək; İşçi qüvvəsinin qlobal standartlara uyğun rəqabətədavamlı olmasını təmin etmək; Peşənin inkişafını təmin etmək üçün tədbirlər görmək, habelə bu məqsədlə elmi tədqiqatlara dəstək vermək.