21-05-2021
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixdə "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzaladı. Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev müvafiq Fərmanın vəd etdiyi dəyişikliklər və sığorta sektoruna gətirəcəyi yeniliklər barədə "Yeni Müsavat" qəzetinin suallarını cavablandırıb.
"Bildiyiniz kimi ölkədə müxtəlif iqtisadi klassifikasiyaların dayanıqlı inkişafının təmin olunması məqsədi ilə artıq uzun illərdir ki, kompleks iqtisadi islahatlar aparılmaqdadır. Xüsusilə 2019-cu ildən daha geniş və əsaslı xarakter alan bu islahat platforması mövcud şəraitdə sağlam iqtisadi inkişaf modelini formalaşdırmış oldu. Heç şübhəsiz ki, haqqında danışdığım bu iqtisadi islahat paketi qısa yox, məhz orta və uzunmüddətli perspektiv üçün hesablanmışdır və fərqli istiqamətlərin müxtəlif dövrlərdə əsaslı inkişafına yönəlik uğurlu bir tendensiya kimi davam etməkdədir.
Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən gün imzaladığı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı da elə məhz yuxarıda qeyd etdiyim həmin o uğurlu iqtisadi islahatların tərkib hissəsi və məqsədyönlü davamıdır. Çünki sığorta sistemi bütün dünya ölkələrində olduğu kimi Respublikamızda da iqtisadiyyatın başlıca müdafiə qarantı və lokomotividir.
Müvafiq Fərman yeni iqtisadi dirçəliş mərhələsinin başlanğıcı olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının sosial dövlət olduğu faktını bir daha əyani şəkildə sübut etmiş oldu. Bu Fərman dövlətçiliyə xas milli maraqların müdafiə olunduğu və dövlət qulluqçularının sosial müdafiə mexanizminin yenidən formalaşdırıldığı rəsmi sənəddir.
Müvafiq dəyişiklik təbii ki, yerli sığorta bazarına təsirsiz ötüşməyəcək və əminliklə qeyd etmək istəyirəm ki, müvafiq dəyişiklik yalnız müsbət yöndə müşahidə olunacaq. Çünki təcrübə və müşahidələr də onu göstərir ki, iqtisadi və sosial istiqamətdə məhz ölkə rəhbərliyi tərəfindən müxtəlif zamanlarda atılmış addımlar, həyata keçirilmiş yeniliklər daim dayanıqlı inkişaf modelina adekvat olmuşdur."
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin müsahibəsini təqdim..
Dünya sığorta bazarı ötən ilin əvvəlindən etibarən müşahidə olunan qlobal epidemik və iqtisadi şokların təsiri ilə..