20-02-2025
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, ASA, ABA və digər qurumların tərəfdaşlığı və “Biznes Mərkəzi Klubu” ilə “Gbaru.com” platformasının təşkilatçılığı ilə "Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu" keçirilib.
Dövlət rəsmiləri, millət vəkilləri və türk dövlətlərindən çox sayda inşaatçının iştirak etdiyi Forumda açılış çıxışçılarından olan Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev öz çıxışında inşaat və əmlak risklərinin təminat altına alınmasında sığortanın əhəmiyyəti və ölkəmizdə əmlak sığortası bazarının real dinamikası ilə bağlı məlumat verib.
Forumun "İnşaat və əmlak sahəsində maliyyənin idarə edilməsi" panelində yerli sığortaçılarımız da spiker olaraq iştirak ediblər. Belə ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvləri Vüqar Hüseynli ("Atəşgah" Sığorta Şirkəti) "Təbii fəlakətlər və texnogen təhlükələr fonunda daşınmaz əmlakın sığortası: risklər və təminatlar", Rəhman Hacıyev ("PAŞA Sığorta") isə "Sığortanın üstünlükləri, potensial risklər və bu risklərin aradan qaldırılması" mövzularında çıxışlar edib, təqdimatlar nümayiş etdiriblər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin müsahibəsini təqdim..
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixdə "Dövlət icbari şəxsi sığortası..