RU EN

11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumunun birinci günü uğurla yekunlaşıb

24.6.2026

Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) öz işinə başlayıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan Forum bu ilin 24-25 iyun tarixlərini əhatə edir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli rəsmi salamlama ilə tədbiri açıq elan edib.
Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova və İcbari Sığorta Bürosunun İcraçı direktorunun müavini Seymur Mirzəyev çıxış edərək sığorta sektorunun cəmiyyətdə rolu və əhəmiyyətinə toxunub və son illər sektorda müşahidə olunan artım dinamikasını müsbət qiymətləndiriblər.
Daha sonra Forumda "Özəl pensiya sisteminin gələcəyi: beynəlxalq pensiya modelləri" və "Təkrarsığorta, təbii fəlakət riskləri (NatCat) və bazarın dayanıqlığı: şokların yumşaldılması" mövzularına həsr olunmuş panel müzakirələri təşkil edilib. Forum çərçivəsində həmçinin yerli sığorta şirkətlərinin rəhbərliklərinin də iştirakı ilə "Azərbaycanda sığortanın inkişafı: imkanlar, maneələr və həlli yolları" mövzusunda dəyirmi masa müzakirəsi təşkil olunub.
Ənənəvi olaraq Azərbaycanda keçirilən bu Forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerləri, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatların rəsmiləri iştirak edirlər.
Qeyd edək ki, 400-ə yaxın iştirakçının qatıldığı 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu" 25 iyun tarixində də öz işinə davam edir.

Son xəbərlər

ASA beynəlxalq maliyyə forumunda iştirak etdi

Azərbaycan Sığortaçılar Assosiasiyasından İcraçı direktor Abas Miskərlinin rəhbərlik etdiyi nümayəndə heyəti və Assosiasiyaya üzv sığorta şirkətlərinin rəhbərlikləri bu gün...

17.6.2026

ASA "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və ASA-ya üzv sığorta şirkətlərinin rəhbərliklərindən ibarət nümayəndə heyəti bu gün Bakıda keçirilən 10-cu “Beynəlxalq Maliyyə...

10.6.2026