15.10.2026
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan Sığortaçılar Assosiasiyası və logistika-nəqliyyat sektorunun nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyasının, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri iştirak ediblər.
Görüşdə beynəlxalq yükdaşımalar sahəsində sığorta təminatının genişləndirilməsi, daşıyıcıların peşə məsuliyyətinin sığortalanması, yük sığortası və beynəlxalq səfərlərə çıxan sürücülərin sığorta təminatı ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələr zamanı nəqliyyat və logistika şirkətlərinin nümayəndələri sığorta məhsullarının tətbiqi, qiymətləri, təminat şərtləri və beynəlxalq yükdaşımalar zamanı yaranan risklərlə bağlı suallarını səsləndiriblər. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli tərəfindən həmin suallar ətraflı cavablandırılıb, sığorta bazarının mövcud imkanları və sektorun ehtiyaclarına uyğun məhsulların hazırlanması perspektivləri barədə məlumat verilib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şura ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri arasında 11 sentyabr 2026-cı il tarixində keçirilmiş görüşdə də daşıyıcıların peşə məsuliyyətinin sığortalanması, yük və səfər sığortası, həmçinin bu mexanizmlərin gömrük-logistika fəaliyyətinə təsiri ətrafında fikir mübadiləsi aparılmışdı.
Oktyabrın 14-də keçirilən görüşdə əvvəlki müzakirələrdə qaldırılan məsələlərin həllinin sürətləndirilməsi və sektorlararası əməkdaşlığın daha sistemli şəkildə qurulması məqsədilə birgə işçi qrupun yaradılması barədə qərar qəbul edilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...