RU EN

ASA və ASA Tədris Mərkəzi Rabitə və İT üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində sığorta təlimi keçirib

18.11.2026

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və ASA Tədris Mərkəzinin birgə maarifləndirmə layihəsi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində növbəti sığorta təlimi təşkil olunub.
Mərkəzin 70 nəfər tələbəsinin qatıldığı görüşdə təlimçi qismində ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev çıxış edib. Təlim zamanı tələbələrə sığortanın əsas anlayışları, mövcud sığorta məhsul və xidmətləri, Mərkəzi Bankın sığorta sektorundakı tənzimləyici rolu, eləcə də yerli sığorta bazarının mövcud vəziyyəti barədə geniş məlumat təqdim olunub.
Böyük maraqla qarşılanan seminarın yekununda təlimçi tərəfindən tələbələrin mövzu ətrafında ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb.

Son xəbərlər

ASA nümayəndəsi Şimali Kipr Türk Respublikasının 43-cü ildönümü mərasimində iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktorun müşaviri, Türk Dünyası Sığorta Birliyinin Baş Katibi Məmməd Ağayev Şimali Kipr Türk Respublikasının Azərbaycan...

19.11.2026

ADRA-da sahibkar assosiasiyaları, o cümlədən Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində açıq məkandakı reklamlarda dövlət dilinin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə sahibkar...

12.11.2026