12.11.2026
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində açıq məkandakı reklamlarda dövlət dilinin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.
ADRA-nın İdarə Heyəti sədrinin müavini Lalə Abdullayevanın sədrliyi ilə keçirilən görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası da daxil olmaqla ümumilikdə 20-dən çox assosiasiyanın rəhbərlikləri və nümayəndələri iştirak ediblər.
Görüşdə açıq məkandakı reklamlarda Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələbləri, Agentliyin bu istiqamətdə həyata keçirdiyi nəzarət və maarifləndirmə tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, dövlət dilinin qorunması yalnız qanunvericiliyin tələblərinə riayət olunması deyil, həm də milli-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ziyarət çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, memorial abidənin...
Aksiya, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində...