RU EN

Əməkdaşlar

Məmməd Ağayev

Məmməd Ağayev

İcraçı direktorun müşaviri

3 may 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.

2008-2020-ci illərdə müxtəlif özəl və dövlət media qurumlarında müxbir və rəhbər vəzifələrdə çalışıb.

2018-2020-ci illərdə “ARB 24” TV kanalında yayımlanan və ölkədə sığorta ilə bağlı ilk tele-layihə olan “Sığorta vaxtı” verilişinin layihə rəhbəri və kanalın efir redaktoru olub.

2019-cu ildə Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkil etdiyi “Beynəlxalq Sığorta Forumu”nda Xüsusi plaket ilə mükafatlandırılmış, 2020-ci ildə isə İcbari Sığorta Bürosunun təşkil etdiyi yazı müsabiqəsində 1-ci yerin sahibi olmuşdur.

2020-ci ilin sentyabr ayının 1-dən etibarən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin İcraçı direktorunun müşaviri vəzifəsində çalışır.