RU EN

Əməkdaşlar

Elmar Mirsalayev

Elmar Mirsalayev

İcraçı Direktor

1 iyul 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.  Bakı şəhəri 189№-li orta məktəbdə təhsil alıb (1985-1995). Ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Bakalavr, Tətbiqi riyaziyyat, 1995-1999, fərqlənmə ilə), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti / Univercite Nice Sophia Antipolis  France (Magistr, Ətraf mühit və neft sənayesi, 1999–2001, fərqlənmə ilə) Daxili İşlər Nazirliyinin PA (Hüquqşünaslıq, 2002–2006 / DİO-da idarəetmə və ixtisasartırma, 2009–2010) almışdır.

2001-2020-ci illər ərzində müxtəlif dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışmışdır.Təhsil və əmək fəaliyyəti illərində müxtəlif dərəcəli təltif, mükafat və sertifikatlara layiq görülmüşdür.

Hazırda “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin İcraçı direktoru vəzifəsində çalışır.

Ailəlidir, 4 övladı var.