Xəbərlər

29.10.2015
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində ölkədə ilk dəfə olaraq Sığorta Tədris Mərkəzi (STM) fəaliyyətə başlayıb. Tədris Mərkəzində sığorta sektorunda çalışan əməkdaşlar və digər şəxslər üçün sığorta mövzusunda müxtəlif tədris proqramları, təlimlər, kurslar və treninqlər təşkil ediləcək.
20.10.2015
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 339,3 milyon manat sığorta haqqı toplanıb.
20.10.2015
2015-ci ilin yanvar-sentyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 4,2 dəfə artaraq 2,6 milyon manat təşkil edib. Bundan başqa, kənd təsərrüfatı heyvanlarının sığortasında yığım 3 dəfə artaraq 1,2 milyon manat, kreditlərin sığortasında isə 2,2 dəfə artaraq 603 min manat olub.
19.10.2015
Baden Baden şəhəri təkcə Almaniyanın deyil, həm də bütün Avropanın ən gözəl guşələrindən və məşhur kurortlarındandır. Cəmi 35 min insanın yaşadığı bu kiçik, sakit və yaşıllıqlarla zəngin şəhəri hər il təxminən 600 min turist ziyarət edir. Amma bu şəhər hər il, oktyabrın sonunda qitənin sığorta paytaxtına çevrilir. Bunun tarixçəsi isə 2-ci dünya müharibəsindən sonrakı illərə gedib çıxır.
22.09.2015
“Meqa sığorta” şirkəti avqust ayı üzrə nəticələrini açıqlayıb. Avqust ayında sığorta ödənşlərinin həcmi 5% azalıb.
21.09.2015
28-29 sentyabr 2015-ci il tarixlərində "Holiday Inn Baku" hotelində Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçiriləcək.
16.09.2015
2015-ci ilin yanvar-avqust aylarında  Azərbaycanda toplanmış sığorta haqlarının 62%-i və ya 194,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.
16.09.2015
2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,2%-i və yaxud 82 milyon manatı həyat sığortasının payına düşüb. 
16.09.2015
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 312.84 milyon manat sığorta haqqı toplanıb.  Bu ötən ilin eyni dövrü ilə müqayisədə 10.4% çoxdur.
16.09.2015
Gələn ildən Azərbaycan Sığortaçılar Assosaasiyasının (ASA) genişlənməsinə başlanılacaq. Bu barədə ASA sədri Orxan Bayramov məlumat verib.

Pages