RU EN

Xəbər verdiyimiz kimi, Türkiyədə XIII "Sığorta həftəsi" çərçivəsində Antalya şəhərində "3-cü Beynəlxalq Sığorta Konqresi və Sərgisi" keçirilir.

04-10-2024

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev konqresdə "Türk dövlətlərinin ekosistemində sığortaçılıq" panelində "Türk Dünyası Sığorta Birliyi: Gələcəyə Baxış" mövzusunda çıxış edib.
ASA-nın İcraçı direktoru çıxışında qeyd edib ki, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatı formatında yenidən formalaşdırılır:
"Sevincliyik ki, Türk Dünyası Sığorta Birliyi qısa zamanda Türk Dövlətləri Təşkilatının (TDT) diqqətini çəkdi və üzv ölkələrə TDT-nin himayəsinə daxil olmaqla bağlı müraciət gəldi. Azərbaycanın aidiyyatı dövlət qurumları bu müraciəti dəstəkləyib təsdiqləyib."
E.Mirsalayev qeyd edib ki, Türk Dünyası Sığorta Birliyinin fəaliyyəti tam təmin olunandan sonra üzv ölkələrin sığorta bazarlarında yüksək böyümə faizləri müşahidə edilə bilər:
"Böyümə ilə bağlı faiz proqnozlarının gerçəkləşməsi üçün konkret hədəf indikatorlarına ehtiyac var. Belə ki, Birliyə üzv ölkələrin sığorta bazarları arasında qarşılıqlı biznes əlaqələrinin inşa edilməsi, təcrübə mübadiləsinin sistemli şəkildə təşkil olunması mövcud proqnozları sadə bir rəqəmdən reallığa çevirəcək. Xüsusilə də bu dövlətlərdə sığortanın sosial-iqtisadi müdafiə qanadı olaraq yer almasını tam təmin edə bilsək böyümə davamlı hal alacaqdır."
İcraçı direktor onu da qeyd edib ki, ASA Türk Dünyası Sığorta Birliyinin böyüməsi ilə bağlı sənəd hazırlayır:
"TDT-də olduğu kimi Türk Dünyası Sığorta Birliyində də üzv ölkələrdən savayı, müşahidəçi ölkələr də təyin etmişik. Bu gün artıq 5 yox, 8 ölkənin sığortaçılarını Türk Dünyası Sığorta Birliyində bir çətir altında birləşdirəcək proklamasiya sənədini hazırlayırıq."
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin başçılıq etdiyi nümayəndə heyəti və yerli sığorta şirkətlərinin təmsilçilərindən ibarət bir qrup nümayəndə Türkiyədə keçirilən 13-cü "Sığorta həftəsi"ndə iştirak edirlər.

Son xəbərlər

Elmar Mirsalayev: “2023-cü il sığorta sektoruna yeni imkanlar qazandıracaq”

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin müsahibəsini təqdim..

07-12-2022

Azər Əliyev: "Bu Fərman uğurlu iqtisadi islahatların məqsədyönlü davamıdır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixdə "Dövlət icbari şəxsi sığortası..

21-05-2021