03-02-2025
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev ilə görüşüb. Görüşdə yerli sığorta bazarının böyümə dinamikası, sektorun inkişaf prioritetləri və təşkilatlararası əlaqələrin sektora qazandıracağı imkanlar müzakirə edilib.
Görüş zamanı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sığorta sektoru üçün türkiyəli mütəxəssislərin iştirakı ilə islam sığortaçılığı mövzusunda təlim təşkil etmə təklifi Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən müsbət qarşılanıb.
Görüşdə iki qurum arasında növbəti mərhələdə daha sıx əməkdaşlığa dair razılıq əldə olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin müsahibəsini təqdim..
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixdə "Dövlət icbari şəxsi sığortası..