RU EN

ASA, ABA, AMFA, AzFina, AFBİA birgə təşkilatçılığı ilə "Azərbaycan Maliyyə Forumu" keçirilib.

14-02-2025

Forum Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyevin açılış nitqi ilə başlayıb. Daha sonra açılış panelində ASA-nın Müşahidə Şurasının sədri Ülviyyə Cabbarovanın, ABA-nın prezidenti Zakir Nuriyevin, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyevin, AzFina-nın İdarə Heyətinin sədri Ruslan Talıbovun və AFBİA-nın İdarə Heyətinin sədri Ceyhun Hacıyevin maliyyə bazarı sektorlarının mövcud vəziyyəti və inkişaf perspektivlərindən bəhs edən çıxışları dinlənilib.
Forumda ASA Tədris Mərkəzinin direktoru, sığorta mütəxəssisi Pərviz Quliyevin moderatorluğu ilə "Sığorta və İnnovasiya - Yeni Risklər, Yeni Həllər" adlı panel də baş tutub. Paneldə "Azərbaycan Sənaye Sığorta" ASC-nin Direktorlar Şurasının sədri Rəşad Əhmədovun "Katastrofik risklər: Ümumi iqtisadi itkilərin azaldılmasında sığortanın rolu və yeni yanaşmalar", İcbari Sığorta Bürosunun Baş informasiya meneceri Anar Səmədovun "Insurtech: Dəyişən istehlakçı davranışlarına uğurlu adaptasiya modelləri", "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin üzvü Rüstəm Məmmədovun "Bancassurance: Sığorta sektoru üçün yeni biznes imkanları və inkişaf perspektivləri", və "Meqa Sığorta" ASC-nin İdarə Heyətinin üzvü Murad Babayevin "Kibercinayətlərin yaratdığı təhlükələr: Kibersığorta ilə zərərlərin minimuma endirilməsi" mövzularında çıxışları dinlənildi, panel müzakirələri aparıldı.
Qeyd edək ki, Forumun başlıca məqsədi iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, eləcə də, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanlarının, maliyyə sektorundakı qanunvericilik və tənzimləmələrin təkmilləşdirilməsinin, bu əsasda ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışların müzakirə edildiyi platforma olmaqdır.

Son xəbərlər

Elmar Mirsalayev: “2023-cü il sığorta sektoruna yeni imkanlar qazandıracaq”

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin müsahibəsini təqdim..

07-12-2022

Azər Əliyev: "Bu Fərman uğurlu iqtisadi islahatların məqsədyönlü davamıdır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixdə "Dövlət icbari şəxsi sığortası..

21-05-2021