4.12.2023
Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi yerli sığorta bazarının təlim ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqda davam edir.
Bu istiqamətdə Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin nüfuzlu beynəlxalq "Grant Thornton" şirkəti ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın sığorta bazarı iştirakçıları üçün növbəti təlim layihəsi həyata keçirilib.
"IFRS-17 - Yeni beynəlxalq maliyyə hesabatı standartları" mövzusuna həsr olunmuş təlimdə 10-dan çox sığorta şirkətinin nümayəndələri dinləyici qismində iştirak ediblər.
Beynəlxalq təlimçi Hairs Saigalın spikerliyi ilə baş tutan təlim interaktiv sual-cavab formatında təşkil olunub.
Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta...
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya...