RU EN

ASA xeyriyyə aksiyası keçirib

19.9.2025


Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq artıq beşinci ildir ki, təşkil etdiyi xeyriyyə aksiyasını uğurla yekunlaşdırıb.
ASA-nın “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başlatdığı xeyriyyə aksiyasına yerli sığorta şirkətləri olan "A-Qroup Sığorta Şirkəti" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Xalq Həyat" Sığorta ASC, "Xalq Sığorta" ASC, “Qala Həyat” Sığorta Şirkəti ASC, “Qala Sığorta” ASC, “Meqa Həyat Sığorta” ASC, “Meqa Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC, "PAŞA Sığorta” ASC də qoşulublar.
Xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məktəbli ləvazimatları və sifarişlə hazırlanmış məktəbli formaları aztəminatlı ailələrə, şəhid və qazi övladlarına, eyni zamanda uşaq sığınacaqlarındakı ümumilikdə 65 nəfər məktəbliyə tədarük edilib.

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı və ASA Qazaxıstanda keçirilən Beynəlxalq Sığorta Forumunda iştirak edib

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta...

21.9.2026

ASA Qazaxıstanda keçirilən beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya...

18.9.2026