RU EN

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

13.3.2023

Ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni meşələrin, yaşıllıq zonalarının salınması bu sahədə mühüm vəzifələr kimi icra olunmaqdadır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi, tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
Bu əməkdaşlıq sosial və ekoloji yönümlü fəaliyyətin sistemli şəkildə, institusional əsasda davam etdirilməsinə yönələn könüllü davranış mədəniyyətinin inkişafına, ətraf mühitin qorunmasına dəstək istiqamətində korporativ məsuliyyətin daha dərindən dərk edilməsinə, bütövlükdə, ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində qoyulan hədəflərə nail olunmasına töhfə verəcəkdir.

Son xəbərlər

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsi “Əmlak sığortası və risklərdən qorunma: Mənzillərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda görüş təşkil edib

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri Vüqar Namazov tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayıb. Görüşdə Azərbaycan Respublikası Mərkəzi...

1.7.2026

Azərbaycan Beynəlxalq Sığorta Forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta...

25.6.2026