RU EN

“Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsi hazırlanıb

6.10.2022

Yol xəritəsində Birliyin strateji hədəfləri və fəaliyyət prinsipləri müəyyənləşdirilib.

Azərbaycan Sığortaçılar Assosiasiyası “Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsini hazırlayıb. Sənəddə Birliyin strateji hədəfləri, fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb.

ASA-nın məlumatında qeyd olunur ki, bu ilin oktyabr ayında “Türk Dünyası Sığorta Birliyi”nə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında zoom-görüş keçiriləcək və hazırlanmış Yol Xəritəsi müzakirəyə çıxarılacaq. Müvafiq toplantıda həmçinin Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə də müəyyənləşəcək.

Qeyd edək ki, “Türk Dünyası Sığorta Birliyi” bu ilin may ayının 24-ü Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlnalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı və ASA Qazaxıstanda keçirilən Beynəlxalq Sığorta Forumunda iştirak edib

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta...

21.9.2026

ASA Qazaxıstanda keçirilən beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya...

18.9.2026