13.9.2025
Şuşa şəhərində Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası keçirilib.
Assambleya Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə baş tutub. Assambleyada Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Türk Dövlətləri Təşkilatının rəsmisi Fərid Məmmədov, habelə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyə requlyatorları və sığorta assosiasiyalarının nümayəndələri iştirak ediblər.
Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair “Proklamasiya sənədi” imzalanıb. Bununla da Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları da müşahidəçi qismində daxil olublar.
Assambleyada “Türk dünyası sığorta sənayesində requlyativ yanaşmalar” və “Türk Dünyası Sığorta Birliyi: qarşıda duran hədəflər və perspektivlər” adlı iki panel üzrə sektor əhəmiyyətli aktual mövzular ətrafında geniş müzakirə aparılıb.
Tədbirin sonunda Türk Dünyası Sığorta Birliyinin 2026-cı ildə nəzərdə tutulan assambleyasının keçiriləcəyi ölkə də bəlli olub. Birlik üzvlərinin yekdil qərarı ilə Türk Dünyası Sığorta Birliyinin növbəti assambleyası 2026-cı ildə Türkiyədə keçiriləcək.
Xatırladaq ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci il mayın 24-də Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Zirvəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarının üzvlüyü ilə təsis edilib.
Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta...
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya...