RU EN

ASA və ASA-ya üzv sığorta şirkətləri Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına iştirak ediblər.

6.11.2026

Aksiya, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində keçirilib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, habelə, ASA ilə yanaşı digər maliyyə bazarı assosiasiyalarının da birgə təşəbbüsü ilə həyata keçirilən aksiya ölkə miqyasında ekoloji tarazlığın bərpasına və yaşıllıq sahələrinin genişləndirilməsinə yönəlib.
Qeyd edək ki, Memorandumun strateji məqsədi 10 il ərzində (2023-2033-cü illər) ölkə ərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir. Bu ilin aksiyası çərçivəsində iştirakçılar tərəfindən 2 hektar sahədə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilərək həmin hədəfə doğru mühüm bir addım atılıb.

Son xəbərlər

ASA rəhbərliyi 12-ci Mikromaliyyə Konfransında iştirak edib

Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə və Azərbaycan Sığortaçılar Assosiasiyası da daxil olmaqla digər maliyyə assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində “Mikromaliyyədə...

2.11.2026

ASA-nın İcraçı direktoru Türkiyənin Zəfər tədbirində iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru cənab Abas Miskərli Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Birol Akgünün...

30.10.2026