RU EN

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

10.10.2026

 
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib.
ASA-dan verilən məlumata görə, sədrlik postuna Türkiyə Sığorta Assosiasiyasının sabiq sədri Atilla Benlinin namizədliyi irəli sürülüb və A.Benli yekdilliklə Türk Dünyası Sığorta Birliyinin yeni sədri seçilib.
Məlumatda qeyd olunur ki, Assambleyada Türk Dünyası Sığorta Birliyinin Baş katibi postuna isə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktorunun müşaviri Məmməd Ağayevin namizədliyi irəli sürülüb və təsisçilərin səsverməsində yekdilliklə qəbul edilib.
Tədbirdə həmçinin Türk Dünyası Sığorta Birliyinin 2027-ci ildə 3-cü Assambleyasının Özbəkistanda keçiriləcəyi üzvlər tərəfindən ortaq qərarla qəbul olunub.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının birgə təşəbbüsü və ortaq qərarı ilə təsis edilib və 2025-ci ildə Azərbaycanın Şuşa şəhərində keçirilən 1-ci Assambleyada Birlik Türk Dövlətləri Təşkilatının məqsəd və prinsipləri əsasında yenidən formalaşdırılıb.

Son xəbərlər

ADRA-da sahibkar assosiasiyaları, o cümlədən Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində açıq məkandakı reklamlarda dövlət dilinin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə sahibkar...

12.11.2026

8 Noyabr – Zəfər Günü ərəfəsində ASA-nın və üzv sığorta şirkətlərinin rəhbərlikləri və nümayəndələrinin iştirakı ilə Zəfər Parkına kollektiv ziyarət təşkil olunub.

Ziyarət çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, memorial abidənin...

6.11.2026