RU EN

Sığortaçılar arasında şahmat turnirinə start verildi

4.5.2026

Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə əməkdaşlığı ilə sığortaçılar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turnirinə start verilib.
Ümumilikdə 9 sığorta şirkətindən 36 nümayəndənin iştirak etdiyi turnir 9 mərhələdən ibarət olacaq.
Turnirin sonunda qalib sığortaçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Bu kimi tədbirlərin keçirilməsinin əsas məqsədi sığorta sektorunda fəaliyyət göstərən şirkətlər arasında mövcud kommunikasiyanın daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı və ASA Qazaxıstanda keçirilən Beynəlxalq Sığorta Forumunda iştirak edib

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta...

21.9.2026

ASA Qazaxıstanda keçirilən beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya...

18.9.2026