31.5.2021
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin rəhbərliyi ölkədə fəaliyyət göstərən bir qrup sığorta agenti ilə zoom görüş keçirib.
ASA-dan verilən məlumata görə, sığorta agentlərinin təklifi və təşəbbüskarlığı ilə baş tutan görüşdə problemlər dinlənilib və onların həlli yolları geniş müzakirə olunub.
Görüş zamanı daha çox sığorta agentlərinin vergi mükəlləfiyyətləri, sığorta şirkətləri ilə kommunikasiya problemləri, “Qaynar xətt” və “Call center”lərin sığorta agentləri ilə koordinasiyalı fəaliyyətindəki boşluqlar, mövcud qanunvericiliyin təkmilləşdirilməsi və sığorta agentlərinə vahid nəzarət mexanizminin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi səsləndirilən bu və digər problemləri rəsmi müraciət şəklində sənədləşdirildikdən sonra aidiyyəti istiqamətlərə yönləndirəcəyini bildirib. İctimai Birlik rəsmiləri görüş zamanı bu kimi tədbirlər növbəti mərhələdə də mütəmadi olaraq və daha geniş tərkibdə təşkil olunacağını qeyd ediblər.
Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta...
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya...