RU EN

ASA nüfuzlu beynəlxalq audit təşkilatı ilə əməkdaşlığa başladı

3.5.2023

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyəti ilə nüfuzlu beynəlxalq audit və vergi təşkilatı olan “Grant Thornton International LTD” şirkətinin üzvü olan “Grant Thornton Azerbaijan”-ın rəhbərliyi arasında görüş keçirilib.

Dünyanın 135 ölkəsində üzv təşkilatı olan “Grant Thornton Azerbaijan” şirkəti ilə ASA arasında baş tutan görüşdə yerli və beynəlxalq sığorta bazarlarında müşahidə olunan tendensiyalar və həyata keçirilən islahatlar geniş müzakirə olunub.

Daha sonra görüşdə qurumlar növbəti mərhələdə quracaqları əməkdaşlıq istiqamətlərindən söz açıblar. Əldə olunan ortaq razılığa əsasən, qurulan bu əməkdaşlıq sayəsində “Grant Thornton Azerbaijan” təşkilatı tərəfindən ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərinə müasir mühasibatlıq standartlarının sığorta bazarında tədbiqi, habelə beynəlxalq sığorta və maliyyə trendləri ilə bağlı seminarlar, treninqlər, təlimlər təşkil olunacaq. Razılığa əsasən, “Grant Thornton Azerbaijan” təşkilatı həmçinin tərəfdaş olduğu beynəlxalq qurumlar ilə sektorun inkişafına dair əlaqələrin qurulmasına və əməkdaşlıq edilməsinə dəstək olacaq.

Yuxarıda qeyd olunan istiqamətlər üzrə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə “Grant Thornton Azerbaijan” təşkilatı arasında münasibətlərin sistemli təşkil olunması məqsədilə qarşılıqlı əməkdaşlıqla bağlı memorandum imzalanıb.

Son xəbərlər

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsi “Əmlak sığortası və risklərdən qorunma: Mənzillərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda görüş təşkil edib

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri Vüqar Namazov tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayıb. Görüşdə Azərbaycan Respublikası Mərkəzi...

1.7.2026

Azərbaycan Beynəlxalq Sığorta Forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta...

25.6.2026