RU EN

ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalandı

9.3.2021

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Sosial Tədqiqatlar Mərkəzinin rəhbər heyəti arasında görüş keçirilib.

ASA-dan verilən məlumata görə, görüşdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, millət vəkili Elşad Mirbəşir oğlu Mərkəz haqqında məlumat verərək həyata keçirilən layihələrdən danışıb.

Baş verən proseslərin cəmiyyətə təsir imkanlarının müəyyənləşdirilməsi məqsədi ilə Mərkəzin reallaşdırdığı tədqiqat və sorğu fəaliyyətinin vacibliyinə toxunan sədr müavini, növbəti mərhələdə məhz bu kimi addımlarla önəmli bir maliyyə seqmenti olan sığorta sahəsinin inkişafında da maraqlı olduqlarını bildirib. Mərkəz rəsmisi eyni zamanda son dövrlər sığorta sahəsində xüsusi bir canlanma yarandığını və bu müsbət dəyişiklikdə Sığortaçılar Assosiasiyasının önəmli rol oynadığını xüsusi qeyd edib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev də öz növbəsində ASA haqqında ətraflı məlumat verib. İcraçı direktor Mərkəzin fəaliyyətini yaxından izlədiklərini və həyata keçirilən layihələrin mövcud vəziyyətdə yaratdığı müsbət təsirlərin müşahidə edildiyini bildirib. Assosiasiyası rəhbəri həmçinin iki qurum arasında təmin olunan bu əməkdaşlığı yüksək qiymətləndirərək. O, həmçinin növbəti mərhələdə aparılacaq sorğu və tədqiqatlar nəticəsində sığorta sektorundakı fundamental problemlərin aşkarlanmasında, onların tez zamanda aradan qaldırılmasında və bununla da ölkə iqtisadiyyatının dayanıqlı inkişafında maraqlı olduqlarını bildirib.

Görüşün sonunda Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

Son xəbərlər

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsi “Əmlak sığortası və risklərdən qorunma: Mənzillərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda görüş təşkil edib

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri Vüqar Namazov tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayıb. Görüşdə Azərbaycan Respublikası Mərkəzi...

1.7.2026

Azərbaycan Beynəlxalq Sığorta Forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta...

25.6.2026