7.6.2022
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyindən ibarət nümayəndə heyəti beynəlxalq sığorta təşkilatı olan Sığorta Assosiasiyaları Qlobal Federasiyasının illik ümumi iclasında iştirak edir. Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən iclas bu günü öz işinə başlayıb. Müxtəlif mövzu və istiqamətlər üzrə 4 gün davam edəcək iclasda dünyanın 70-ə yaxın ölkəsinin sığorta peşəkarları iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası 2021-ci ildən etibarən Sığorta Assosiasiyaları Qlobal Federasiyasının üzvüdür.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində açıq məkandakı reklamlarda dövlət dilinin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə sahibkar...
Ziyarət çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, memorial abidənin...