RU EN

ASA BMT-nin xeyriyyə təşəbbüsünə qoşuldu

18-06-2021

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq xeyriyyə aksiyasına start verib.

ASA-dan verilən məlumata görə, “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başladılmış xeyriyyə aksiyasında uşaqların təhsilə cəlb olunması əsas prioritet olaraq seçilib.

Assosiasiyadan bildirilir ki, aksiya çərçivəsində xeyriyyə fondu yaradılıb. Belə ki, yerli sığorta bazarı iştirakçıları olan sığorta şirkətləri uşaqların təhsili üçün lazım ola biləcək ləvazimatları toplayaraq bu fonda ianə edirlər. Aksiyada yalnız sığorta şirkətləri yox, digər sektorlar üzrə fəaliyyət göstərən şirkətlər də iştirak edib xeyriyyə fonduna ianə edə bilər.

Məlumata görə, xeyriyyə fonduna toplanmış təhsil ləvazimatları 5 sentyabr – Ümumdünya Xeyriyyə Günündə ASA tərəfindən ölkədə fəaliyyət göstərən uşaq evlərinə bağışlanacaq.

Qeyd edək ki, bu günə olan hesabata görə, dünyada hazırda 160 milyona yaxın uşağın əməyi istismar edilir. Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaq əməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıca hədəfi 2025-ci ilə qədər uşaq əməyinin istismarının qarşısının tamamilə alınması yönündə layihələrin mütəmadi olaraq həyata keçirilməsidir.

Son xəbərlər

ASA-da İqtisadi Resursların Öyrənilməsi Mərkəzi ilə görüş keçirilib

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Azərbaycan Sığortaçılar Assosiasiyasının..

03-02-2025

Azərbaycan ilə Yaponiya sığorta sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə həyat və qeyri-həyat sığorta..

28-01-2025