8.5.2026
10 May müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar olaraq, Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra ASA kollektivi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində açıq məkandakı reklamlarda dövlət dilinin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə sahibkar...
Ziyarət çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, memorial abidənin...