10.6.2026
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və ASA-ya üzv sığorta şirkətlərinin rəhbərliklərindən ibarət nümayəndə heyəti bu gün Bakıda keçirilən 10-cu “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirdə iştirak edib.
Sammit türkdilli ölkələrin və region dövlətlərinin maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də onların qlobal maliyyə sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə təşkil olunub.
Sammit çərçivəsində bankçılıq və maliyyə sahəsində 2026-cı ilin əsas qlobal tendensiyaları müzakirə olunub. Müzakirələrin əsas istiqamətləri sırasında maliyyə sistemlərinin inteqrasiyası, tənzimləyici mexanizmlərin uyğunlaşdırılması, ödəniş infrastrukturunun inkişafı, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və ortaq maliyyə strategiyalarının formalaşdırılması yer alır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...