RU EN

ASA Qazaxıstanda keçirilən beynəlxalq konqresdə iştirak edib

18.9.2026


Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya Konqresi - 2026” tədbirində iştirak edib.
30-dan çox ölkənin sığorta mütəxəssislərinin, risk menecerlərinin və aktuarların iştirak etdiyi tədbirdə müasir maliyyə sisteminin dizaynı, IFRS 17 və “Solvency II” standartlarının üstünlükləri, aktuari sahəsində yeni çağırışlar, sığorta xidmətlərində rəqəmsallaşma və iqlim risklərinin idarə olunmasında sığortanın rolu kimi aktual sektoral mövzular çərçivəsində panel müzakirələri təşkil olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli panel müzakirələrdə çıxış edərək yerli sığorta bazarının mövcud vəziyyəti, hədəfləri və inkişaf perspektivləri, o cümlədən, həyata keçirilən islahatlar və əldə olunmuş nəticələr barədə məlumat verib. İcraçı direktor çıxışında həmçinin beynəlxalq əlaqələrin yerli bazarımız üçün inkişafyönümlü əhəmiyyətinə də xüsusilə toxunaraq Türk Dünyası Sığorta Birliyi çərçivəsində görülmüş işlərdən də ətraflı danışıb.

Son xəbərlər

Türkiyənin İstanbul şəhərində təşkil olunan 15-ci "Sığorta Həftəsi" çərçivəsində sayca 5-ci Beynəlxalq Sığorta Zirvəsi keçirilir.

 Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun və Azərbaycanın bir sıra sığorta şirkətlərinin rəhbərliklərinin başçılıq etdiyi geniştərkibli...

8.10.2026

Azərbaycan Mərkəzi Bankı və ASA Qazaxıstanda keçirilən Beynəlxalq Sığorta Forumunda iştirak edib

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta...

21.9.2026