RU EN

ASA-da millət vəkili Hikmət Məmmədovla görüş keçirilib

1.3.2024

Azərbaycan Sığortaçılar Assosiasiyasında Milli Məclisin deputatı, Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Hikmət Məmmədovla görüş keçirilib.
Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev ASA-nın fəaliyyəti, habelə sığorta sektorunda aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. Yerli sığorta bazarının beynəlxalq əlaqələrinə də toxunan İcraçı direktor ASA-nın təşəbbüsü və 5 türk dövlətinin üzvlüyü ilə qurulan Türk Dünyası Sığorta Birliyi haqqında da danışıb. Qeyd edib ki, türk dünyasının sığorta qovşağı rolunu oynayan Türk Dünyası Sığorta Birliyi yaxın zamanda Türk Dövlətləri Təşkilatının himayəsinə də daxil olacaq və Birliyin ilk Assambleyasının məhz Azərbaycanda Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
Milli Məclisin deputatı, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Hikmət Məmmədov da öz növbəsində ASA çərçivəsində və sektor daxilində görülən işləri yüksək qiymətləndirib. Millət vəkili bildirib ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması türk dövlətlərinin birgə dayanıqlı inkişafı üçün önəmli hadisədir. Millət vəkili həmçinin vurğulayıb:
"Türkiyənin Antalya şəhərində sabah keçiriləcək Diplomatiya Forumunda əsas müzakirə mövzusu türk dünyası ölkələrində institusionallaşdırmanın təşkilidir və sevindirici haldır ki, məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə 2 il əvvəl yaradılan Türk Dünyası Sığorta Birliyi bu prosesin başlanğıcı üçün uğurlu bir nümunədir."
Milli Məclisin deputatı əldə olunmuş uğurlar fonunda sığorta bazarını hazırkı vəziyyətdə Azərbaycanın rifah bazarı adlandırıb və Assosiasiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsi “Əmlak sığortası və risklərdən qorunma: Mənzillərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda görüş təşkil edib

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri Vüqar Namazov tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayıb. Görüşdə Azərbaycan Respublikası Mərkəzi...

1.7.2026

Azərbaycan Beynəlxalq Sığorta Forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta...

25.6.2026