Bu sığorta növü istənilən fiziki və ya hüquqi şəxs, öz əməli nəticəsində başqa şəxslərə və ya onların əmlakına dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Bu cür maddi məsuliyyətlərin qarşılanması üçün ümumi mülki məsuliyyət sığortası mövcuddur. Bu sığortada tez-tez üçüncü şəxs ifadəsinə rast gələcəksiniz. Üçüncü şəxs dedikdə, məsuliyyət sığortası üzrə baş vermiş sığorta hadisəsi nəticəsində zərər vurulan şəxs başa düşülür. Yəni müvafiq sığorta müqaviləsi üzrə sığortalı və sığorta şirkəti birinci və ikinci şəxs, zərərçəkən isə üçüncü şəxs hesab edilir.